Bakı Enerji Forumunda COP29-a həsr olunan xüsusi sessiya keçiriləcək

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində Bakı Enerji Forumunun proqramına "Yaşıl dünya naminə. COP29 strateji inkişaf yolları" adlı xüsusi sessiya da əlavə olunub. SİA xəbər verir ki, bu barədə “Iteca Caspian” şirkətinin layihə rəhbəri Aynurə Nəzərli Bakı Enerji Həftəsinə həsr edilən mətbuat konfransında deyib.

A.Nəzərli gündəliyə daxil olan əsas mövzuları diqqətə çatdırıb: “Ekoloji problemlər və bu problemlərin Yer kürəsi üçün yaratdığı təhlükələr, onların qarşısının alınması yolları, eləcə də yaşıl enerji kimi mövzular Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər proqramında xüsusi yer tutur. Builki tədbirdə "Enerji təhlükəsizliyi və dayanıqlılığa dair beynəlxalq əməkdaşlıq", "Enerji təhlükəsizliyi 2.0", "Xəzər regionunda kəşfiyyat və hasilat imkanları", "Davamlı Enerji: Xəzər regionunda Yaşıl Enerji Potensialı", "Yeni texnologiyalar və rəqəmsallaşdırma" kimi mövzular müzakirə olunacaq. Qeyd edim ki, ilk dəfə bu il OPEC tərəfindən dəstək məktubu göndərilib. Yeniliklər arasında dünyada tanınan böyük enerji şirlətlərinin də forumda iştirak etməsini vurğulamaq istəyirəm”.

O vurğulayıb ki, foruma ümumilikdə 600-dən çox iştirakçının qatılacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə