"Bakı Konqres Mərkəzi" auditor seçir

Maliyyə Nazirliyinə məxsus "Bakı Konqres Mərkəzi" MMC 2023-cü il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün açıq tender elan edib. SİA xəbər verir ki, tenderdə iştirak haqqı 37 manatdır.

İddiaçılar təkliflərini aprelin 19-na qədər şirkətin Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 130 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.

Təkliflərə aprelin 19-da, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq.

Xatırladaq ki, "Bakı Konqres Mərkəzi" 2018-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 000 manatdır.

Bütün xəbərlər Facebook səhifəmizdə