Mikayıl Cabbarov Beynəlxalq Qadınlar Günü ilə bağlı paylaşım edib
Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür. SİA xəbər verir ki, bu münasibətlə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz “X” hesabında paylaşım edib.
Paylaşımda bildirilir:
“Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirik. Bu əlamətdar tarix cəmiyyətin mənəvi dayağı, gözəllik və zəriflik rəmzi olan xanımlara səmimi diləklərimizi ifadə etmək üçün xoş fürsətdir. Siz qayğıkeşlik, humanizm və fədakarlıqla ali dəyərlərimizi yaşadır, böyük nailiyyətlərə imza atır və həyatımızı ahəngdar edirsiniz.
Bayramınız mübarək, sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar və firavanlıq arzulayırıq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB