"Azərbaycan iqtisadi gücünü nümayiş etdirir" - SİYASİ EKSPERT
“Torpaqlarımızın işğaldan azad edilməsindən qısa müddət sonra insanların həmin ərazilərə qayıdışının başlaması və bunun fasiləsiz şəkildə davam etməsi əhəmiyyətlidir. Azərbaycan ilk növbədə köç prosesi ilə həmin torpaqların əsl sahibi olduğunu bir daha nümayiş etdirir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.
Onun sözlərinə görə, Azərbaycan həmin torpaqları abadlaşdırırsa, ermənilər isə illər boyu talamaq və viran etməklə məşğul olublar: “Bu da həmin torpaqların əsl sahibinin bizlər olduğunu bir daha sübut etmiş olur. Ölkəmizin Vətən müharibəsi kimi çox ağır bir hərbi mərhələdən keçməsinə baxmayaraq, dərhal bu ərazilərin bərpasına və məskunlaşmasına başlaması, həm də Azərbaycanın iqtisadi gücünü nümayiş etdirir. Çünki dünya ölkələrində müharibədən çıxmış ərazilərin bərpasına adətən müharibədən müəyyən müddət keçdikdən sonra və dost dövlətlərin yardımı ilə başlanılır. Amma Azərbaycan bəlkə də 20-21-ci əsrin əvvəlləri üçün dünyada yeganə ölkədir ki, müharibədən dərhal sonra 30 il dağıntılara məruz qalmış əraziləri öz maliyyə gücü hesabına bərpa edir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB