Mərkəzi Bankda mətbuat konfransı keçirilir - YENİLƏNİR - FOTOLAR
Bu gün Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair qəbul edilmiş qərarının açıqlanmasına həsr olunan mətbuat konfransı keçirilir. SİA xəbər verir ki, mətbuat konfransı Mərkəzi Bankın əsas inzibati binasında təşkil olunub.
Tədbirdə sədr Taleh Kazımov, sədrin birinci müavini Rəşad Orucov, sədr müavini Əliyar Məmmədyarov və media nümayəndələri iştirak edirlər.
Sədr Taleh Kazımov sualları cavablandırır.
Ötən iclasdan bəri monetar şəraitə təsir göstərən başlıca hadisə gözlənildiyi kimi fiskal sektor üçün irihəcmli valyuta alışlarının həyata keçirilməsi olmuşdur. Ümumilikdə, 2023-cü ildə Mərkəzi Bankın valyuta bazarında alışyönlü müdaxiləsinin həcmi 2.1 mlrd. ABŞ dolları olmuşdur.
İdarə Heyətinin pul siyasətinə həsr edilmiş ötən iclasından bəri illik inflyasiya tempi azalmışdır. 2023-cü ildə 12 aylıq inflyasiya 2.1% təşkil etməklə hədəf (4±2%) diapazonunun aşağı hissəsində formalaşmışdır. İnflyasiyada istehlak səbətinin bütün qrup komponentləri üzrə azalma müşahidə edilmişdir. İllik ərzaq inflyasiyası 0.8%, qeyri-ərzaq inflyasiyası 2.7%, xidmətlər inflyasiyası isə 3.7% təşkil etmişdir. Faktiki inflyasiyanın dinamikası inflyasiya gözləntilərinə də təsir etmişdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB