Laborator şəraitdə süni brilliantlar bir çox sənayedə, tibbi avadanlıqların istehsalında, hərbi sənayedə istifadə olunur. Süni brilliantların istifadəsi və tətbiqi sürətlə artır. SİA-nın xəbərinə görə, bunu “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov deyib.
O bildirib ki, ötən ilin payızında “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti ilə Hindistan şirkəti arasında Ələt Azad İqtisadi Zonasında belə bir istehsal qurulması üçün anlaşma memarondumu imzalanıb: "Müqavilənin şərtləri bizə uyğundur. Süni brilliantın yeganə fərqi onun daha qısa müddətdə 2-3 həftəyə ərsəyə gəlməsidir. Qeyd edim ki, süni brilliantın xammalı təbii brilliantdan götürülür”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB