“Son illərdə ölkənin kənd təsərrüfatı 2.2 dəfə inkişaf edib” - DEPUTAT DANIŞDI

“Son illərdə ölkənin kənd təsərrüfatı 2.2 dəfə inkişaf edib” - DEPUTAT DANIŞDI

“Bütün sahələrdə olduğu kimi, aqrar sahədə də son illər həyata keçirilən islahatlar öz müsbət nəticəsini göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bilavasitə tapşırıqları əsasında bu sahədə bir sıra dövlət proqramları, mühüm layihələr hazırlanmış və bu gün də həmin layihələr həyata keçirilməkdədir. Məhz bunun nəticəsində son illərdə ölkənin kənd təsərrüfatı 2.2 dəfə inkişaf edib”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tahir Rzayev deyib.

Deputat bildirib ki, sahibkarlığın inkişaf etdirilməsi aqrar sektorun inkişafına mühüm töhfə verir: “Bu istiqamətdə görülən işlər artıq ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Güzəştli kreditlərin verilməsi, sahibkarlığın bir çox vergilərdən azad olunması, subsiyadaların tətbiqi, müasir texnologiyaların kənd təsərrüfatına tətbiq olunması, suvarma sisteminin yaxşılaşdırılması birbaşa aqrar sahənin inkişafına istiqamətləndirilib. Ölkədə bu işlər günü-gündən daha da genişləndirilir.

Ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında aqrar sahə mühüm rola malikdir və bu sahənin inkişafı, həm də iqtisadiyyatın yüksəlişinə, kənd təsərrüfatı məsullarının ixracına yeni imkanlar yaradır. Son illər xarici ölkələrə ixrac olunan kənd təsərrüfatı məsullarını da həcmi xeyli artmış və ölkəyə on milyonlarla əlavə maliyyə vəsaiti gətirmişdir.

Sözsüz ki, işğaldan azad olunmuş ərazilərdə də aqrar sektorun inkişafı qarşıya yeni məqsədlər qoyur. Bu sahədə həyata keçirilən tədbirlər məqsədəuyğun şəkildə davam etdirilir. Həmin ərazilərdə 72 min hektar sahədə dənli bitkilər əkilib. Həmçinin kənd təsərrüfatı məsullarının da əkini həyata keçirilib. Bütün bunlar isə öz müsbət nəticələrini verib. Gələcəkdə məhsulardılığın artması aqrar sahənin inkişafına mühüm töhfə verəcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə