Energetika Nazirliyi yanında İctimai şuranın iclası keçirilib

Energetika Nazirliyi yanında İctimai şuranın iclası keçirilib

Energetika Nazirliyində İctimai şuranın sədri və üzvlərinin, həmçinin nazirliyin nümayəndələrinin iştirakı ilə növbəti iclas keçirilib. SİA-nın nazirliyə istinadən verdiyi məlumata görə, iclasda şura tərəfindən 2024-cü ildə görülməsi nəzərdə tutulan işlər və qarşıda duran məsələlər müzakirə olunub.

Aparılan geniş müzakirələr zamanı İctimai şura üzvlərinin təklifləri nəzərə alınaraq 2024-cü il üçün fəaliyyət planı, İctimai şura üzvlərinin etik davranış qaydaları və şuranın Reqlamenti təsdiqlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə