Bakıdan Xırdalana metro xəttinin inşası nəzərdə tutulmur

Bakıdan Xırdalana metro xəttinin inşası nəzərdə tutulmur

Bakıdan Xırdalana metro xəttinin inşası nəzərdə tutulmur. SİA xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planının təqdimatı mərasimində bildirib.

"Metronun "Xocəsən" stansiyası istifadəyə verilib. Bu stansiya Xırdalan şəhərinə və digər şəhərətrafı ərazilərə yaxındır. O da nəzərə alınmalıdır ki, Xırdalanda metro stansiyasının inşası üçün uyğun istiqamət yoxdur", - Komitə sədri vurğulayıb.

Qeyd edək ki, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında qeyd olunan dövrədək Xırdalan şəhərinə metro xəttinin çəkilməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə