"COP29 regiona sabitlik və sülh gətirəcək" - MÜNASİBƏT BİLDİRİLDİ

"COP29 regiona sabitlik və sülh gətirəcək" - MÜNASİBƏT BİLDİRİLDİ

"COP29 beynəlxalq konfransına ev sahibliyinə nail olmaq çox dəqiq və düşünülmüş diplomatik addımlarımızın nəticəsində mümkün olmuşdur". Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

Deputat sözlərinə belə davam edib: "COP-29 tədbirinin keçirilməsi ölkəmizin böyük potensialının dünyaya nümayişi olacaqdır. Çünki 70 minə yaxın xarici qonağı qəbul etmək və onları məmnun salmaq bu gün hər bir ölkənin iqtisadi və siyasi gücündə deyil.

COP29 həm də regiona sabitlik və sülh gətirəcəkdir. Belə mötəbər tədbirlər ancaq ictimai-siyasi sabitliyi təmin olunmuş, iqtisadi imkanları geniş ölkələrdə keçirlir. Düşmənlərimizin bütün cəhdlərinə baxmayaraq bu tədbirin Azərbaycanda keçirilməsinə dünya birliyinin hə deməsi ölkəmizə olan böyük hörmət və qazandığımız etibar və nüfuzun göstəricidir.

Azərbaycan özünün yaşıl enerji gündəliyini müəyyən etmiş ölkədir. Bu gün ölkəmiz bərpaolunan enerji potensialının reallaşdırılması istiqamətində öndə gedən ölkələrin arasındadır. Amma COP29 -a prezidentliklə bağlı məsələ müzakirə olunmağa başlayanda yenə də Azərbaycanı istəməyən qüvvələr hərəkətə keçir və feyk neyus mətbuat orqanlarında COP 29-un prezidenti ətrafında reallığı əks etdirməyən və gülüş doğuran yazıları dərc etməyə başladılar. Azərbaycanın Zəfərini və uğurlarını həzm edə bilməyən ölkələrə rəğmən biz bu tədbiri yüksək səviyyədə keçirməklə onlara öz cavabımızı bir daha vermiş olacağıq.

Azərbaycan neft-qaz ölkəsi olmasına baxmayaraq özünün yaşıl enerji gündəliyini müəyyənləşdirərək qlobal miqyasda töhfələr verir. O cümlədən bu tədbirə dünyanın hər bir yerindən yüksək səviyyəli qonaqlar gələcəklər. Bu, həm də Azərbaycanla əməkdaşlıq etmək istəyənlərin dairəsini genişləndirəcək. Azərbaycan COP29 çərçivəsində dünyanın mərkəzi olacaq. Bütün dünyanın diqqəti Bakıda olacaq. Azərbaycanda BMT Baş Assambleyasının tədbirlərindən fərqli olaraq real iş aparılacaq. Müzakirələr, ola bilər müəyyən fikir toqquşmaları, yəni maraqlı bir prosesə Azərbaycanın rəhbərlik etməsi, qürurverici tarixi hadisə olacaqdır".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə