"Bütün valyuta gəlirimiz buradan formalaşır" - MÜNASİBƏT BİLDİRİLDİ

"Bütün valyuta gəlirimiz buradan formalaşır" - MÜNASİBƏT BİLDİRİLDİ

“Hazırda Azərbaycanda ÜDM-yə xarici təsirlər mütləq şəkildə mövcuddur. Çünki Azərbaycanın iqtisadiyyatında ÜDM-nin formalaşmasında neft-qaz ixracatı mühüm rol oynayır”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.

Onun sözlərinə görə, ölkəmizdə qeyri-neft ixracı bir qədər zəifdir: “Bu ilin 11 ayının göstəricilərinə görə, qeyri-neft ixracı 2.7 milyard təşkil edir. Yəqin ki, ilin sonuna qədər bu rəqəm 3 milyardı bir qədər keçəcək. Amma biz böyük əhəmiyyət kəsb edən neft-qaz ixrac edirik. Demək olar ki, bütün valyuta gəlirimiz də buradan formalaşır. Bu baxımdan neft və qazı ölkə daxili üçün deyil, ixrac üçün istehsal edirik.
İqtisadiyyat ÜDM bizim xərcləmələrimiz, dövlətin xərcləmələri, bizneslərin investisiya qoyuluşu və ixracla idxalın fərqinin cəmi kimi hesablanır. Belə ki, ixrac ÜDM-ni artdırdığı təqdirdə, idxal bunu azaldır”.

Bütün xəbərlər Facebook səhifəmizdə