"Ətin bahalaşması digər məhsullara da təsir göstərəcək" - İQTİSADÇI DANIŞDI

"Ətin bahalaşması digər məhsullara da təsir göstərəcək" - İQTİSADÇI DANIŞDI

"Ümumiyyətlə, statistik göstəricilərə əsasən, ötən illə müqayisədə 2023-cü ildə ölkəyə ət idxalı 6%-ə qədər artıb". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eyyub Kərimli ətin bahalaşması haqqında danışarkən deyib.

Onun sözlərinə görə, bu onu deməyə əsas verir ki, xaricdən idxal olunan ətin qiymətində 16% artım var: "Sözsüz ki, bu da ölkədə satılan ətin qiymətinə öz təsirini göstərir. Eyni zamanda, yerli istehsal olan ətin qiymətində də artım müşahidə olunacaq".

"Düşünürəm ki, ət və ət məhsullarının qiymətinin bahalaşması zəncirvari olaraq digər məhsulların da qiymətinə təsir göstərə bilər",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə