Azərbaycan IFC ilə nəqliyyat və rəqəmsal inkişaf sahəsində əməkdaşlığı müzakirə edib
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycanda səfərdə olan Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Avropa və Latın Amerikası üzrə vitse-prezidenti Alfonso Garcia Mora ilə görüşüb. SİA xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev məlumat verib.
“Azərbaycanda səfərdə olan Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Avropa və Latın Amerikası üzrə vitse-prezidenti Alfonso Garcia Mora ilə görüşdük. Ölkəmizdə nəqliyyat və rəqəmsal inkişaf sahələrində həyata keçirilən layihələrdə əməkdaşlıq imkanlarını müzakirə etdik”, - deyə nazir bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB