“Gələn ildə daha böyük iqtisadi artımın olacağı proqnozlaşdırılır” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Son 20 ildə Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi altında aparılmış iqtisadi siyasəti sayəsində böyük inkişafa nail olunmuşdur. Bu iqtisadi inkişafın təməlində aparılmış islahatlar dayanır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

Deputat sözlərinə belə davam edib: “Neft sektorundan daxil olan gəlirlər qeyri-neft sektoruna yerləşdirməklə bu sahəni müəyyən qədər dirçəldə bilmişik. Belə ki, ölkə iqtisadiyyatına qoyulan 310 milyard dollar investisyaların 210 milyard dolları qeyri-neft sektoruna yerləşdirilmişdir.

Son 20 ildə ÜDM 4 dəfədən çox artmış, ölkənin valyuta ehtiyatları 68 milyyard dollara çatmışdır. O cümlədən xarici dövlət borcu da hər il azaldılaraq ÜDM-in 10 %-nə endirilmişdir. 2024 -cü ildə bu rəqəm 7%-ə qədər endirlməsi nəzərdə tutulmuşdur. Məhz qeyri-neft sektoruna yerləşdirlən investisiyalar yeni istehsal sahələrin əmələ gəlməsinə və işsizlik problemini aşağı salınmasına yol açmışdır. Belə ki, son 20 ildə ölkədə işsizlik 50%-dən 5,5 %-ə enmişdir. Yeni sənaye parkları, sənaye məhəllələri və aqroparklar istifadəyə verilmiş, yen çeşidli sənaye məhsulları istehsal olunmağa başlanmışdır.

Bu gün qeyri-neft sənayesinin məhsulları Made in Azərbaycan brendi adı altında xarici bazarlara ixrac olunur. O cümlədən kosmik sənayemiz inkişaf etmiş, bu sahədən büdcəyə gəlirlər daxil olmağa başlamışdır.

Son 20 ildə 18 min km-ə yaxın avtomobil yolları tikilmiş, ölkəmiz Cənub-Şimal və Qərb-Şərq nəqliyyat dəhlizlərini ərsəyə gətirmişdir. Beynəlxalq Bakı Ticarət Limanı və BTQ dəmir yolu Azərbaycanı beynəlxalq tranzit daşımaların etibarlı iştirakçısına çevirmişdir. Bu il BTQ dəmir yolunun Gürcüstandan keçən hissəsinə əlavə 100 milyon dollar sərmayə yatırmaqla dəmir yolu genişləndirərək yük aşşırma gücü 1 milyon tondan 5 milyon tona artırılır. Azərbaycan həm də qlobal çağırışlara könüllü qoşularaq bərpaolunan enerjisinin istehsalı üçün ciddi addımlar atmışdır. O cümlədən bərpaolunan enerjisinin və yaşıl hidrogenin Avropaya ixrac olunması üçün Qara dənizin dibi vasitəsilə yeni bir marşurutun tikintisi istiqamətində layihələndirmə işləri aparılır. Həm də ölkədə biznes mühütünin inkişaf etdirilməsi, sahibkarlığa dövlət dəstəyi proqramları icra olunur. İxracın təşviqi proqramı icra olunur. İnvestisyanın təşviqi proqramına qoşularaq investisiyalar yatıran sahibkarlara vergi güzəştləri tətbiq olunmuş, kənd təsərrüfatı sektoru torpaq vergisindən başqa bütün vergilərdən azad olunaraq fermerlərə müxtəlif təyinatlı subsidiyalar verilməkdədir. Bütün bunları nəzərə alaraq Azərbaycan iqtisadiyyatı özünün inkişaf dövrünü yaşayır və gələn ildə də daha böyük iqtisadi artımın olacağı proqnozlaşdırılır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə