"Əhali bilərəkdən şəxsi məlumatlarını üçüncü şəxsə açıqlayır" - Ramil Mahmudov

"Əhali bilərəkdən şəxsi məlumatlarını üçüncü şəxsə açıqlayır" - Ramil Mahmudov

"Azərbaycan Mərkəzi Bankı daim əhalini maarifləndirmə, xüsusilə də maliyyə savadının artırılması istiqamətində tədbirlər həyata keçirir. Əsas amillərdən biri də əhalinin ödəniş kartları sahəsində fırıldaqçılıq hallarına qarşı daha dayanıqlı olması və baş verə biləcək potensial dələduzluq hallarından özünü qoruya bilməsidir". SİA xəbər verir ki, bu sözləri Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamentinin Milli ödəniş sisteminin inkişafı şöbəsinin rəisi Ramil Mahmudov jurnalistlərə açıqlamasında deyib.

"Artıq Mərkəzi Bank tərəfindən Azərbaycan Banklar Assosiasiyası və bankların birgə işbirliyi nəticəsində böyük maarifləndirmə kampaniyasına start verilib. Bu kampaniya çərçivəsində tanınmış aktyorların iştirakı ilə video-çarxlar hazırlanıb. Həmin video-çarxların yayımlanması istiqamətində AMB tərəfindən KİV-lərə, tele və radio kanallara rəsmi məktub ünvanlanıb. Məqsəd əhalinin baş verə biləcək dələduzluq hallarından sığortalanmasıdır. Banklar kifayət qədər bu fırıldaqçılıq hallarının qarşısını almağa çalışır. Amma buna baxmayaraq bəzən insanlar bilərəkdən şəxsi məlumatlarını üçüncü şəxsə açıqlayır. Bu halda ödənişin geri qaytarılması bank üçün də çətinliklə nəticələnir",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə