Dövlət büdcəsinin kəsiri 1,1 mlrd. manatı ötüb

Dövlət büdcəsinin kəsiri 1,1 mlrd. manatı ötüb

2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 1,4% azalaraq 22 milyard 77 milyon manat təşkil edib.

SİA Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin ilk 9 ayında büdcənin xərcləri isə 13,4% artaraq 23 milyard 214,5 milyon manata yüksəlib.

Nəticədə büdcədə kəsir 1 milyard 137,5 milyon manata yüksəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə