"Mərkəzi Bank buna görə heç bir məsuliyyət daşımır” - İQTİSADÇI AYDINLIQ GƏTİRDİ
“Kağız bölünübsə və ən azı 60 faizi mövcuddursa, bu zaman pul dəyişdirilə bilər. Çox sayda hissələrə bölünmüş, amma bütün hissələr mövcud olduğu təqdirdə də pulu dəyişdirmək mümkündür”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Xalid Kərimli deyib. 
Onun sözlərinə görə, Bakı və Abşeron sakinləri Mərkəzi Bankın yanında yerləşən pul ofisinə müraciət edərək pulları dəyişdirə bilər: “Mərkəzi Bankın Naxçıvan, Gəncə, Biləsuvar və Qubada regional mərkəzləri, Yevlaxda isə ehtiyyat mərkəzi mövcuddur. Yaxın rayon sakinləri də müvafiq mərkəzlərə müraciət edə bilərlər. Xidmət verən müəssisələr isə zədələnmiş pulları qəbul etməyə məcbur deyil.
Qeyd edim ki, qeyri-manat valyutaları zədələndikdə isə Mərkəzi Bank heç bir məsuliyyət daşımır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB