Yevlax Pilot Aqroparkda “O Bağ” MMC və fərdi sahibkar Mirsahib Səmədova rezident statusu verilib. SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Rezidentlər 35,4 hektar sahədə investiya dəyəri 301,3 min manat olan intensiv meyvə bağları salacaq, 8 nəfəri daimi, 30 nəfəri isə mövsümi işlə təmin edəcək", - deyə o qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB