“Peyklər təhlükəsizliyin təmin edilməsi baxımından əhəmiyyətlidir” - MÜNASİBƏT BİLDİRİLDİ
“İstənilən ölkə imkan daxilində bu və ya digər formada kosmosla əlaqədar addımlar atır. Azərbaycan da bu ölkələr sırasındadır. Hazırda Bakıda keçirilən 74-cü Astronavtika Konqresi bu baxımdan böyük əhəmiyyətə malikdir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Rüfət Quliyev deyib.
Onun sözlərinə görə, Azərbaycanda hələ Sovet dövründən riyaziyyat, fizika kimi texniki elmlərin akademik və alimləri çox olub: “Bu elmlər də məhz kosmosla əlaqədar olan elm sahələridir. Bizim peyklərimiz hazırda göy üzündədir və bildiyim qədəri ilə həmin peyklərə qoyulan vəsaiti bir neçə il ərzində geri qaytarırlar".
R.Quliyev bildirib ki, həmin peyklər həm də təhlükəsizliyin təmin edilməsi baxımından müharibə zamanı bizə çox kömək olub: "Hazırda da ölkəmiz bir çox sahələrdə olduğu kimi bu sahə üzrə də inkişaf edərək adını ön sıralara yazdırmaq üçün addımlar atır”.
Bütün xəbərlər Facebook səhifəmizdə