Rusiya neftinin dəniz yolu ilə ixracının həcmi 3,4 milyon barrelə çatıb.
SİA-nın elə rus saytlarından əldə etdiyi məlumata görə, “Bloomberg” hesablayıb ki, iyunun sonundan etibarən gündəlik maksimum dəyərlərə yaxınlaşır.
Avqustun 20-dən 26-dək Rusiya orta hesabla 800 min barel neft ixrac etdiyi bildirilir.
Qeyd edək ki, ən böyük artım Baltikyanı Primorsk və Ust-Luqa limanlarında müşahidə olunub. Novorossiyskdən neft ixracı da keçən həftəki fırtınalardan sonra bərpa olunub.
“Bloomberg” vurğulayır ki, Rusiya ixracının “davamlı artımı” haqqında danışmaq hələ tezdir. çünki bu sıçrayış xaricə yanacaq tədarükünün 15 aylıq minimuma enməsi və Rusiyada neft məhsullarına yüksək daxili tələbat, eləcə də G7-nin ixrac məhdudiyyətlərinin yumşaldılması ilə bağlıdır.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB