Tikinti materiallarının ucuzlaşması mənzil qiymətlərinə necə təsir göstərəcək ? - İQTİSADÇI DANIŞDI
“Tikinti materialları bazarında taxta, metal məhsullarında ucuzlaşma müşahidə olunur. Bu isə avtomatik olaraq mebelin, mənzil qiymətlərinin də aşağı düşməsi düşüncəsini yaradır. Amma bu, belə deyil”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.
Onun sözlərinə görə, bazarlarda qiymətin formalaşmasına təsir göstərən vacib amillərdən biri tələbatın səviyyəsidir: “Tikinti materialları bazarında da qiymətlərdə ucuzlaşma bir ildən çoxdur ki, müşahidə olunur. Lakin mənzillərin qiyməti bahalaşıb. Çünki tələbat var, təklif azdır. Buna görə də tikinti materiallarında ucuzlaşmanın olması mənzil qiymətinin də aşağı düşəcəyi anlamına gəlmir”.
Müəllif: Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB