“Əsas məqsəd taxıl bazarında mövcud olan müsbət dinamikanın saxlanılmasıdır” - DEPUTAT DANIŞDI

“Əsas məqsəd taxıl bazarında mövcud olan müsbət dinamikanın saxlanılmasıdır” - DEPUTAT DANIŞDI

“Azərbaycan son illərdə taxıl ehtiyyatını həm idxal, həm də istehsal hesabına artırır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, dünya taxıl bazarındakı qiymətlər idxal vasitəsilə Azərbaycan istehlak bazarına və idxal olunan taxılın xərcinə təsir göstərir: “Amma taxıl təminatı ilə bağlı dövlət siyasətimizin əsas prioriteti fors-major halların qarşısını almaq məqsədi daşıyır.

2022-ci ilin əvvəlində Azərbaycan taxil ehtiyyatını 4 dəfə artırmışdı. Bu da təbii ki, Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra istehlak bazarında hər hansı bir dəyişikliyin baş verməməsinə və tarazlığın qorunmasına imkan yaratdı. Növbəti dövrlərdə də ərzaq, xüsusilə də taxıl təminatı pirioritet məsələ olaraq qalacaq. Görülən işlərdə də əsas məqsəd taxıl bazarında mövcud olan müsbət dinamikanın saxlanılması və qonşu ölkələrdə baş verənlərin Azərbaycanın taxıl bazarına təsirlərini minimumlaşdırmaqdan ibarətdir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə