Layihə çərçivəsində Naxçıvan sakinlərinə 290,1 min manat qaytarılıb

Layihə çərçivəsində Naxçıvan sakinlərinə 290,1 min manat qaytarılıb

Naxçıvan Muxtar Respublikasında “ƏDV geri al” layihəsinin tətbiqini həyata keçirən obyektlərin sayı iyulun 1-nə 87-yə çatıb. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən SİA-ya verilən məlumata görə, layihə çərçivəsində cari ilin 6 ayında istehlakçılara 290,1 min manatdan çox, iyun ayında isə 66,9 min manatdan artıq ƏDV məbləği geri qaytarılıb.

Yanvar ayı ilə müqayisədə iyun ayında istehlakçılara qaytarılan məbləğ 3,2 dəfə artıb.

Bütün xəbərlər Facebook səhifəmizdə