İnternet üzərindən sifarişlərin artmasına səbəb nədir? - İQTİSADÇI ŞƏRH ETDİ
“İnternet üzərindən sifarişlərin artmasının əsas səbəbi nağdsız hesablaşmalardır. İnternetdən istifadənin əhatəsi olduqca genişlənib. İnsanlar əvvəllər aldıqları maaşı həmin an nağdlaşdırır və onlayn ödəmələrə yanaşmırdılar. Amma indi bu tendensiya kəskin surətdə artıb. Təbii ki, burada pandemiyanın da böyük rolu oldu”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.

Onun sözlərinə görə, internet üzərindən alış-veriş rahatdır: “Eyni zamanda istənilən məhsul ilə bağlı qiymət, brend və s. bu kimi müqayisələri daha rahat edə bilirlər.
Lakin məsələnin mənfi cəhətləri də mövcuddur. Belə ki, məhsulun keyfiyyəti və s. ilə bağlı yaranan problemləri artıq məhsul əlinizə çatdıqdan sonra bilmək olur və müəyyən hallarda sifarişlərin çatdırılmasında gecikmə halları baş verə bilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB