İyunun 22-də Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Heydər Əliyev Mərkəzi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə V İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı işə başlayıb. SİA xəbər verir ki, “Heydər Əliyev İli” çərçivəsində təşkil edilən konfrans “Bir əsrin iqtisadi nəticələri” mövzusuna həsr olunub və iyunun 25-dək davam edəcək.
Tədbir iştirakçıları öncə Fəxri Xiyabanda Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edərək, önünə gül dəstələri qoyublar, Ulu öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB