“Naxçıvana Türkiyədən yanacağın verilməsi gündəmdir“ - DEPUTAT ŞƏRH ETDİ
“Prezident İlham Əliyevin imzaladığı sərəncama görə, təsdiq edilən Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramının məqsədi davamlı iqtisadi artımın və ölkə iqtisadiyyatına tam inteqrasiyasını təmin etməkdən ibarətdir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Hüseynov deyib.
Onun sözlərinə görə, proqramda Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyindən, təbii ehtiyatlarından, sosial-iqtisadi potensialından və tranzit imkanlarından səmərəli istifadə etməklə mövcud çatışmazlıqların aradan qaldırılması bağlı tədbirlər prioritet istiqamətlər müəyyən edilib: “Tədbirlər planına əsasən, Naxçıvan Muxtar Respublikasında iqtisadi inkişafın sürətləndirilməsi və iqtisadi canlanmanın təşviqi üçün əlverişli biznes mühitinin formalaşdırılması sahəsində tədbirlər həyata keçiriləcəkdir. Burada azad iqtisadi zonanın yaradılması ticarət və logistika imkanlarını genişləndirməyə kömək edəcək. Bununla da Naxçıvan Muxtar Respublikasının investisiya cəlbediciliyi artacaq və iqtisadiyyatın inkişafında önəmli rol oynayacaq. Naxçıvan əlverişli coğrafi mövqeyə malikdir. Bölgənin tranzit imkanları xarici bazarlara çıxış üçün yaxşı fürsət yaradır.
Türkiyədən Naxçıvana qaz çəkilməsi məsələsinə də toxunulub. Hazırda Naxçıvana qaz İrandan verilir, Azərbaycan bu yanacağı İrana Astara vasitəsilə nəql etməklə barter edir. Yəni, İranda Naxçıvana qaz bu tarnzit əlaqələndirməsi vasitəsilə aparılır. Qarşıdakı planda isə Naxçıvana Türkiyədən çəkilən qaz kəməri vasitəsilə yanacağın verilməsi gündəmdir. Plana uyğun olaraq, Türkiyə ilə quru sərhədin mövcudluğu, həmçinin Azərbaycan–Türkiyə–Avropa elektrik dəhlizi layihəsi çərçivəsində Naxçıvan Muxtar Respublikasının ölkənin əsas enerji sistemi ilə əlaqələndirilməsi genişləndirəcəkdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə