2023-cü ilin sonuna ÜDM-də artım 1,8%-2% civarında olacaq

Mərkəzi Bankın proqnozlarına görə, 2023-cü ilin sonuna ÜDM-də artım 1,8%-2% civarında olacaq. SİA xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında çıxışı zamanı bildirib.

O, qeyri-neft ÜDM-də artımın isə 5,7%-ə çatacağını bildirib: “Bizim daha çox narahat olduğumuz məsələ inflyasiyadır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə