Vergi sistemində hansı problemlər var? - İQTİSADÇI DANIŞDI

"Vergi sistemində bu günə kimi düzəlməyən qeyd borcla, sərəncamla bağlıdır. Bir növ hədd qoyulur. Yəni, banka yazılı tapşırıq verir ki, filan təşkilatın vergiyə borcu var. Ona gələn pulları yalnız əməkhaqqıya yönəldə bilər, digər hallarda pul borca silinir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Rauf Qarayev deyib.

İqtisadçı sözlərinə məsələni aydınlaşdırmaq üçün misalla davam edib: "A" MMC-nin 30 min DSMF borcu var. Vergi orqanı "A" MMC-nin hesabına sərəncam qoyur. Yəni, deyir ki, borcu ödə, sonra gələn pulu xərclə. Amma bir qeyd var ki, imkan verir ki, gələn pulu ələ alınan əməkhaqqıya (işçinin əməkhaqqı kartına köçürə bilər) istifadə edə bilərsən. "A" MMC ona daxil olan vəsaiti əməkhaqqına yönəldir, amma əməkhaqqından tutulmalara yönəldə bilmir. Tutulmaları ödəmək üçün kimdənsə borc alıb ödəməlidir. Əgər əməkhaqqının ödənilməsi üçün şərait yaradılırsa, o halda əməkhaqqı ilə bağlı vergilərə niyə şərait yaradılmır? Neçə illərdir ödəyicilər vergi orqanına sual versələr də, onlar susurlar. Nəticə isə budur".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə