Əkin sahələri niyə azalıb? - İQTİSADÇI AÇIQLADI

Əkin sahələri niyə azalıb? - İQTİSADÇI AÇIQLADI

"Azərbaycanda 4 milyon yox, 2 milyon hektar əkinə yararlı torpaq sahəsi var. Həmin əkinə yararlı torpaqların təxminən dörddə biri, yəni 500 min hektara yaxını suvarılan torpaqlardır. Suvarılan torpaqların da təxminən yarısı, 250-300 min hektar arası torpaqlarımız normal suvarıla bilir. Yerdə qalan sahə isə normal suvarıla bilmir".

Bu sözləri SİA-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli deyib.

Onun sözlərinə görə, əkin sahələrinin azalmasının bir neçə səbəbi var: "Əsas səbəb bu gün fermerlərin rentabelli məhsul yetişdirə bilməməsi ilə bağlıdır. Yəni, hər il fermerlərin əksəriyyəti məhsul becərir və yetişdirir deyə ziyana düşür. Bunun da özəl səbəbləri var. Səbəblərdən biri də odur ki, dövlətin fermerlərə verdiyi subsidiya yetərli deyil, ölkədə su təminatı normal deyil, ildən-ilə torpaqların böyük bir hissəsi şoranlaşaraq əkin dövriyyəsindən çıxır, ölkədə toxumçuluq seleksiya işi dövrü tələblərinə uyğun olaraq qurulmayıb. Ona görə də fermerlər hər il müəyyən qədər əkin sahələrini dövriyyədən çıxarmaq məcburiyyətində qalırlar. Ona görə də ötən il də müəyyən miqdarda əkin sahələri dövriyyədən çıxarılmışdı. Bu il də bu əkin sahələrinin həcmi bir qədər yüksələrək 12,8 faizə çatıb. Bu il artıq rekord həddir. Bu həm də pambıqçılıqla məşğul olan fermerlər ki var, onlar da son illə su çatışmazlığı üzündən pambıq əkininə son verdikləri üçün bu əkin sahələri də boş saxlanılıb. Bu da boş qalan əkin sahələrinin həcminin artmasını bir qədər artırıb".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə