"Sərgi rəqəmsallaşmaya istiqamətlənib" - QURUM RƏSMİSİ BİLDİRDİ
"Regionun ən böyük sərgilərindən biri hesab olunan "Caspian Agro 2023" sərgisinin keçirilməsi planlaşdırılır. Bu il sayca 16-cı sərgidir ki, keçirilir. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə bu il "Heydər Əliyev ili" elan olunub. Bu səbəbdən biz sərgini Ulu Öndərin 100 illik yubileyinə həsr etmişik". Bu sözləri SİA-nın sorğusuna cavab olaraq Kənd Təsərrüfatı Nazirliyinin sektor müdiri Toğrul Qafarbəyli deyib.
O bildirib ki, sərgi iştirakçıları maraqlı məlumatlarla tanış olacaqlar: "Həm yerli, həm də xarici şirkətlərin iştirak etdiyi sərgi bu il rekord göstəricilərlə yadda qalacaq. Keçən il ümumi sərgi sahəsinin 15 mindən çox kvadrat metri şirkətlər tərəfindən icarəyə götürülmüşdü. 2023-cü ildə isə 16593 kvadrat metr icarəyə götürülərək rekord göstəriciyə imza atılıb. Daxili və xarici ərazilər tam şəkildə doludur. Onu da qeyd edim ki, sərgidə 31 xarici dövlətin şirkətləri iştirak edir. Ümumi şirkətlərin sayı 479-dur. Bu şirkətlərin 71%-i xaricidir".
T.Qafarbəyli sözlərinə davam edərək bildirib ki, bu il xeyli texnotransferlərə üstünlük verilib: "Kənd Təsərrüfatı Nazirliyinin öz pavilyonu 171 kvadrat metrdir. Biz həmin pavilyonu üç hissəyə ayırmışıq. Birinci hissə Ulu Öndərə həsr olunub. Onun haqqında böyük bir film hazırlanıb. Ulu Öndərin hakimiyyəti dövründə aqrar sektora göstərdiyi dəstək nümayiş olunacaq. İkinci hissə Aqrar İnnovasiyalar Mərkəzinin stendi kimi fəaliyyət göstərəcək. Orada bütün innovativ həllər nümayiş olunacaq və "Aqroinnofest" haqqında geniş məlumat veriləcək. Fermerlər bu festival haqqında kifayət qədər məlumatlıdır. Hər ay müxtəlif regionlarda keçirilir.
Ümumilikdə rəqəmsallaşmaya istiqamətlənmiş bir sərgidir. Biz bu sərgidə kənd təsərrüfatının rəqəmsal həllərini nümayiş etdirmək istəyirik. Ümid edirik ki, iştirakçılar bu platformadan düzgün istifadə edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB