"İlk dəfə olaraq istilik sayğaclarının quraşdırılmasına başlanılıb"
"İndiyə qədər Azərbaycanda istilik sayğacından istifadə olunmayıb. Biz bunu ilk olaraq tətbiq etmək niyyətindəyik. Bu sayğaclardan qeyri-əhali də istifadə edəcək". SİA xəbər verir ki, bu sözləri jurnalistlərin sorğusuna cavab olaraq"Azəristiliktəchizatı" ASC-nin sədr vəzifəsini icra edən İlham Mirzəliyev deyib.
Onun sözlərinə görə, artıq 20 günə yaxın bir müddətdir ki, istilik sayğaclarının quraşdırılmasına başlanıb: "Sayğacların quraşdırılması pilot layihədir. Bu, kifayət qədər ciddi məsələdir. Ona görə də müxtəlif istehlakçılarla əlaqələr qurduq və istilik mövsümü başlayana qədər sayğacların 200-ə qədərini quraşdıra biləcəyik. Ən yaxşı halda biz uçot sisteminin təkmilləşdirilməsi məqsədilə ümumi bina sayğacını qoya biləcəyik. Bunun da mənzillərlə hesablaşmalara aidiyyatı olmayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB