Rusiya aviaşirkəti Krasnoyarskdan Bakıya uçuşlara başlayır

Rusiya aviaşirkəti Krasnoyarskdan Bakıya uçuşlara başlayır

Rusiyanın “İrAero” şirkəti Krasnoyarskdan Bakıya uçuşlara başlayır.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Krasnoyarsk Beynəlxalq Aeroportunun mətbuat xidməti məlumat yayıb.

Aprelin 2-dən “İrAero” həftədə bir dəfə - bazar günləri Krasnoyarskdan Bakıya uçuşlar yerinə yetirəcək. “Superjet 100” təyyarəsi ilə həyata keçiriləcək uçuş 4 saat 50 dəqiqə davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə