Əmanətlərin 60,8 faizi milli valyutada qoyulub

Əmanətlərin 60,8 faizi milli valyutada qoyulub

Mərkəzi Bankın məlumatına görə, əhalinin banklardakı əmanətlərinin məbləği il ərzində 27,1 faiz artaraq 2023-cü il yanvarın 1-nə milli valyuta ekvivalentində 11 milyard 743 milyon manat təşkil edib. SİA-nın məlumatına görə, əmanətlərin 60,8 faizi milli, 39,2 faizi xarici valyutada qoyulub, milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 30,9 faiz, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 21,5 faiz artıb. Yanvar ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 manata, 1 avroya 1,83 manata, 100 türk lirəsinə 9,05 manata, 100 rus rubluna 2,42 manata bərabər olub.

Bütün xəbərlər Facebook səhifəmizdə