“Azərbaycan öz enerji problemlərini uğurla həll edib” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Azərbaycanın zəngin enerji resursları həm ölkəmizin iqtisadi potensialını gücləndirir, həm də regional əməkdaşlıqların inkişafında çox mühüm rol oynayır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, ilk öncə tikilib istifadəyə verilmiş neft kəmərləri Azərbaycan neftini dünya və Avropa bazarlarına çıxartdı: “Bu gün respublikamız qlobal miqyasda artıq qaz ixrac edən ölkəyə çevrilib. Azərbaycan öz enerji problemlərini uğurla həll edib. Regional əməkdaşlıq çərçivəsində həm nəqliyyat, həm də enerji sektorundakı təşəbbüslərin artırılması daha da böyük uğurlara gətirib çıxaracaqdır”.

Deputat sözlərinə belə davam edib: “Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rola malik olduğu şübhəsiz, hər kəsə məlumdur. Ölkə başçısının strateji diplomatiyasının nəticəsidir ki, indi biz enerji strategiyamızı uğurla həyata keçirir, daha yeni layihələrin üzərində işləyirik. Bu gün Bakı nəinki Azərbaycan, hətta Avropa üçün də çox vacib bir tədbirə - Cənub Qaz Dəhlizinin Məşvərət Şurası çərçivəsində ilk Yaşıl Enerji Məşvərət Şurasına ev sahibliyi edir.

Mən deyərdim ki, bu əməkdaşlıq layihələrinin gerçəkləşməsi layihədə iştirak edən ölkələrin iqtisadi imkanlarının daha da artmasına gətirib çıxaracaqdır. Tərəfdaş ölkələrlə birgə çəkilən neft və qaz kəmərləri Azərbaycana təchizat marşrutlarını şaxələndirməyə, iqtisadi və sosial tələbatları ödəməyə imkan yaradır. Azərbaycanın enerji siyasəti ölkəmiz, xalqımız və region üçün böyük faydalar verir. Biz indi öz enerji və kommunikasiya gücümüzü nümayiş etdirmirik, biz daha bu imkanları necə genişləndirə biləcəyimizi müzakirə edirik. Azərbaycan nəinki özü, Avropa üçün vacib partnyora çevrildi, bir çox ölkələri də bu səmərəli əməkdaşlığa cəlb etdi. İndi Azərbaycanın iştirakı və səyi ilə yeni-yeni əməkdaşlıqlar yarandı. Cənab prezidentin iki ilə yaxın davamlı səfərləri bir neçə ölkənin təhlükəsizlik və kommunikasiya qovuşağını fəaliyyətə cəlb edib, daha da böyük imkanlar ortaya çıxartdı. Dövlətimiz Avropa qarşısında qaldığı təhdiddən qurtardı. Təbii ki, bu qədər əməkdaşlıqlar düşünülmüş addımlar atmaqla yarandı. Cənab prezident İlham Əliyev Azərbaycan Respublikasının milli maraqlarının qlobal siyasətdə müdafiəsinə yeni və dayanıqlı imkanlar yaratdı”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə