“Forumun əhəmiyyəti ildən-ilə artmaqdadır” - POLİTOLOQ DANIŞDI
“Davos Forumu Azərbaycanın iqtisadi imkanlarını dünyaya təqdim etmək baxımından mühüm platformadır. İlk olaraq onu qeyd edim ki, Prezident İlham Əliyevin İsveçrə səfəri və orada keçirilən görüşlər bir çox aspektdən xüsusi önəm daşıyır. Məlumdur ki, Azərbaycan bu tədbirə dəvət olunan azsaylı ölkələrdəndir. Bu məqam ölkəmizin artan nüfuzunun, dövlətimizə olan diqqətin göstəricisidir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov bildirib.
Onun sözlərinə görə, ümumilikdə isə İsveçrədə keçirilən Dünya İqtisadi Forumunun bu ilki toplantısında 130-dan çox ölkəsindən ümumilikdə 2700-dən çox nüfuzlu şəxs, o cümlədən 52 dövlət və hökumət başçısı iştirak edib:
“Davos Forumu Azərbaycanın inkişafını, imkanlarını dünyaya təqdim etmək baxımından mühüm platformadır. Belə ki, Davos İqtisadi Forumu dünyanın əksər ölkələrindən dövlət və hökumət başçılarının, eləcə də transmilli şirkət rəhbərlərinin iştirak etdiyi maraqlı və çox faydalı bir qlobal ünsiyyət platformasıdır. Forumun proqramı dünyanın ən aktual problemlərinin həlli üçün dövlət və özəl sektoru tərəfdaşlığa, dünya liderlərini enerji, iqlim və ticarət sahələrində birgə işləməyə çağırır. Qloballaşma prosesləri fonunda Davos İqtisadi Forumunun əhəmiyyəti də ildən-ilə artmaqdadır. Forum ölkələrin beynəlxalq iqtisadi sistemə inteqrasiya proseslərində yeni və çox istiqamətli qarşılıqlı əməkdaşlığı stimullaşdırır və dünya miqyasında qarşılıqlı iqtisadi əlaqələrin möhkəmləndirilməsinə böyük töhfələr verir. Qlobal problemlərin müzakirə olunduğu və dünyanın iqtisadi həyatında önəmli qərarların verildiyi Dünya İqtisadi Forumunda Prezident İlham Əliyevin növbəti dəfə iştirak etməsi şübhəsiz ki, ölkəmizin iqtisadi imkanlarını təqdim etmək və yeni əməkdaşlıqlar qurmaq baxımından əhəmiyyətli oldu.
Davos Forumu çərçivəsində Azərbaycan Prezidentinin keçirdiyi bütün ikitərəfli görüşlərin mövzusu ölkə və bölgə miqyaslı iqtisadi layihələr və təşəbbüslərlə bağlı oldu. Lakin bu layihələrin həyata keçirilməsi üçün ölkəmizdə, eləcə də yerləşdiyimiz Cənubi Qafqaz bölgəsində siyasi vəziyyət də təhlil olunmalıdır. Odur ki, Davos İqtisadi Forumu bütün iştirakçılar, xüsusilə də Azərbaycan üçün bölgəmizdə və ölkəmizdə baş verən hadisələrin mahiyyətinin doğru-düzgün təqdimatı baxımından böyük siyasi əhəmiyyət daşıyır.
Bu ilki Davos Forumunda Ermənistan təmsil olunmasa da, onun bölgədə apardığı destruktiv siyasət tədbir çərçivəsində keçirilən müxtəlif səviyyəli iclaslarda və görüşlərdə obyektiv qiymətini aldı. Son bir ayda Laçın–Xankəndi yolunda ekofəalların keçirdikləri dinc etiraz aksiyası ilə bağlı Ermənistanın bütün beynəlxalq platformalarda Azərbaycana qarşı apardığı yalan və böhtan kampaniyası da yetərli qədər ifşa olundu.
Cənab Prezident növbəti dəfə beynəlxaq platformadan istifadə edərək diqqətləri Azərbaycan-Ermənistan münasibətlərinə və Ermənistan tərəfindən sülh sazişi təkliflərimizə cavab verilməməsinə yönəltdi. Cənab Prezident haqlı olaraq vurğuladı ki, Qafqazın üç ölkəsinən biri olan Ermənistanın enerji, nəqliyyat, təhlükəsizlik, sabitlik, sərhədlərin delimitasiyası sahəsində səylərdən kənarda qalması potensial riskdir və Ermənistanın bunu dərk etməsi lazımdır. Doğurdan da Ermənistanın ölkəmizin beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanan sülh sazişi təkliflərinə müsbət cavab verməməsi nəticə etibarilə bu ölkəni regionda həyata keçirilən vacib layihələrdən kənarda qoyur. Halbuki, Azərbaycanın təklifi ilə Ermənistan da üçtərəfli əməkdaşlıq formatında iştirak etmək üçün Gürcüstana dəvət olunmuşdu, lakin Ermənistan bundan imtina etmişdir. Bu məqamın cənab Prezident tərəfindən xüsusi olaraq səsləndirilməsi Ermənistana beynəlxaq səviyyədə təzyiq edilməsi baxımından olduqca vacib addım idi”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB