Azərbaycan və Dağıstan Şimal-Cənub dəhlizi üzrə əməkdaşlığı müzakirə edib

Azərbaycan və Dağıstan arasında Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində və hava nəqliyyatı sahəsində əməkdaşlıq müzakirə olunub.

SİA Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, bu müzakirələr rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Dağıstan Respublikasının rəhbəri Sergey Məlikovla görüşdə aparılıb.

Görüş zamanı həmçinin logistik mərkəzlərin yaradılması və bu sahədə Azərbaycan təcrübəsinin öyrənilməsi məsələləri müzakirə olunub.

Eyni zamanda, rəqəmsallaşma istiqamətində əməkdaşlığın qurulması və təcrübə mübadiləsinə dair müzakirə aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə