Gələn il inflyasiyanın səviyyəsi necə olacaq? - İQTİSADÇI ŞƏRH ETDİ

Gələn il inflyasiyanın səviyyəsi necə olacaq? - İQTİSADÇI ŞƏRH ETDİ

"Qiymət artımı ölkə ilə bağlı məsələ deyil. Azərbaycanda hazırda ümumi inflyasiyanın səviyyəsi 13-14 faiz arasındadır". Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı Xalid Kərimli bildirib.

Onun sözlərinə görə, ərzaq inflyasiyası 20 faizi keçib: "Hansı ki, bu inflyasiya əhalinin sosial cəhətdən həssas təbəqəsi üçün baş ağrısına çevrilir. Amma bu inflyasiyanın bir neçə səbəbi var. Səbəblərdən biri pandemiyadan sonra dünyada baş verən proseslər idi. Amerika, Avropa, Yaponiya Mərkəzi Bankı pul çap etməyə başladılar, amma istehsalat aşağı düşməyə başladı. Əldə olan pullar isə kəskin tələbatı artırdı, hər kəs nəsə almaq istəyirdi. Bununla da daşınma xərcləri bahalaşdı. Pandemiyada istehsal az olduğu üçün və pul da artıq olduğu üçün qiymətlər bahalaşmağa başladı.

2022-ci ilin ikinci yarısana qədər qiymətlərin stabilləşəcəyi gözlənilirdi. 2022-ci ilin birinci yarısında Rusiya-Ukrayna müharibəsinin baş verməsi, ölkələrin bir-birinə sanksiyalar tətbiq etməsi qiymətlərin yüksək olaraq qalmasına və daşınma xərclərinin daha da bahalaşmasına səbəb oldu. Bununla da inflyasiya özünün pik həddini yaşadı. Mərkəzi bankların apardığı siyasət nəticəsində gələn il inflyasiya bu ildən fərqli olacaq. Nə Amerikada, nə Avropada, nə də digər ölkələrdə bu cür olmayacaq. Azərbaycan Mərkəzi Bankının siyasəti budur ki, gələn il inflyasiya 12-13 faiz artmasın. Amma inflyasiya 6-7 faiz həcmində qalacaq. Yanlız 2024-cü ildə inflyasiyanı 4 faizə endirmək olacaq. Gələn il də inflyasiya olacaq, amma bu ilki kimi olmayacaq.

İnflyasiya dünya iqtisadiyyatı üçün başağrısı olaraq qalır. Bu təkcə bizim ölkə ilə bağlı deyil. Hökumət inflyasiyanın neqativ təsirlərinin qarşısını almalıdır. Hökumət sosial yardımı, pensiyaları, minimum əməhhaqqını qaldırmalıdır ki, əhali inflyasiyadan daha az təsirlənsin. Həmçinin monopoliyanın qarşısını almalıdır. Məsələn, eyni məhsul Türkiyə bazarında 5 manatdırsa, bizdə həmin məhsul 25-30 manatdır. Bu kimi problemləri hökumət həll etməlidir".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə