Tatarıstan naziri ilə gənclərlə bağlı fikir mübadiləsi aparılıb

Tatarıstan naziri ilə gənclərlə bağlı fikir mübadiləsi aparılıb

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan İnvestisiya və Gənc Sahibkarlar Forumu çərçivəsində Rusiya Federasiyasının Tatarıstan Respublikasının gənclər naziri Timur Süleymanov ilə görüşüb.
KOBİA-dan SİA-ya bildirilib ki, görüşdə gənc sahibkarların inkişafı, məşğulluq potensialı və KOBİA ilə birgə təşəbbüslərə dair fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə