Bu gün Hüseyn Sarabski
adına mədəniyyət evində Bakı Uşaq Teatrının təqdimatında Arzu Soltanın "Heç kəsə
zəmanət verilmir" pyesi əsasında "Qeyri-adi məhkəmə" tamaşasına ictimai baxış
keçirilib.
SİA-nın məlumatına
görə, səhnə əsərinin rejissoru İntiqam Soltandır. Tamaşa Ədliyyə Nazirliyinin sifarişi ilə
hazırlanıb və QİÇS-lə bağlı maarifləndirici xarakter daşıyır.
Tamaşada əsas rolları Xalq Artisti Ağaxan Salmanlı, Əməkdar Artist Vidadi Əliyev, aktyorlar İlhamə Əhmədova, Ruslan Mürsəlov, Rauf Hüseynov, Könül Şahbazova ifa edirlər.
Səhnə əsərinin bədii tərtibatçısı Sevda Məmmədova, musiqi tərtibatçısı isə Rauf Hüseynovdur.
Tamaşa interaktiv üslubda seminar-tamaşa janrında hazırlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB