Danimarkalı rejissorun dili başına bəla oldu

Danimarkalı rejissorun dili başına bəla oldu

Danimarkalı rejissor Trier bu il Kann kino festivalında mükafat ala bilməyəcək. SİA-nın BBC-yə istinadən verdiyi məlumata görə, danimarkalı rejissor Lars fon Trier Kann kinofestivalının təşkilatçıları tərəfindən persona non grata (arzu olunmayan şəxs) elan edilib.

Buna səbəb rejissorun bir neçə gün öncə mətbuat konfransında nasist olması haqda replikasi olub. Trier hətta Hitlerə bir az rəğbət bəslədiyini də dilə gətirib.

Sonra o, bunu zarafat adlandıraraq ictimaiyyətdən üzr istəyib.

Kinofestivalın bəyanatında "Melanxoliya" filminin müsabiqə proqramında qalıb-qalmadığı haqda dəqiq məlumat verilmir.

Ancaq France-Presse agentliyinin yazdığına görə, tədbirin təşkilatçıları filmə qarşı hər hansı sanksiya tətbiq etməyiblər.

Hətta "Melanxoliya" nəzəri cəhətdən rejissorlara "Qızıl palma budağı" ala bilər. Amma Trier şəxsən mükafat verilməyəcək. Filmə çəkilən aktyor və aktrisalar isə mükafat almaq imkanlarınızı saxlayırlar.

Trierin filmləri əvvəllər də bir neçə dəfə "Qızıl palma büdağı"na nominant olub. 2000-ci ildə isə rejissor bu mükafata "Qaranlıqda rəqs edənlər" filminə görə layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə