Azərbaycanlı şair beynəlxalq şeir festivalında ölkəmizi təmsil edib

Şimali Makedoniyanın Üsküp şəhərində VI Beynəlxalq Yahya Kemal Bəyatlı şeir festivalı keçirilib.

SİA-nın məlumatına görə, Şimali Makedoniya Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunan şeir festivalına Şimali Makedoniya, Türkiyə, Azərbaycan, Bosniya və Herseqovina, Bolqarıstan, Kosova, Bayburcaq və türkmən bölgələrindən 16 şair qatılıb.

Festivalda ölkəmizi gənc şair, esseist Ramil Əhməd təmsil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə