Rəssamlar arasında rəsm müsabiqəsi keçirilir

Həvəskar və peşəkar rəssamlar arasında “Fərqlərimizi qəbul etmək” adlı müsabiqə keçirilir. SİA-nın məlumatına görə, sərgi “müxtəliflik və inklüzivlik yolu ilə həyatı zənginləşdirmək” mövzusuna həsr olunub.

Rəssamlar sosial dəyişikliyi oyatmaq üçün güclü vasitəyə sahibdirlər. Əl işləri ilə bir söz söyləmədən onlar insanlara fikirlərini çatdırmaqla dünyada dəyişiklik edə bilərlər. “Fərqlərimizi qəbul etmək” sərgisi rəssamları müxtəlifliyin və individuallığın qəbul edildiyi bir cəmiyyətin parçası olmağa dəvət edir.
Əsərlər istənilən ölçüdə ola bilər. Bununla belə, şəkillər yüksək ayırdetmə keyfiyyətinə malik olsun deyə rəqəmsal fayl şəklində göndərilməlidir. Bütün işlər üfüqi formatda olmalıdır. Təqdim edilən işlərin sayında heç bir məhdudiyyət yoxdur.

Seçim turu “Sərginin ən yaxşı rəssamı – yuxarı yaş qrupu”, “Sərginin ən yaxşı tələbə rəssamı” və “Tamaşaçı seçimi” kateqoriyaları üzrə aparılacaq və hər qalibə min ABŞ dolları qazandıracaq.

Sərgiyə nümayiş üçün 50 iş seçiləcək. Sərgi ABŞ-ın Florida ştatı, Sarasota şəhərindəki Bayfront Parkında keçiriləcək.

Ətraflı məlumat almaq üçün https://www.embracingourdifferences.org/submit-art-2022-exhibit/#/ linkindən istifadə etmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə