Xəbər verdiyimiz kimi, aparıcı Hacı Nuran Hüseynov koronavirusa yoluxub. SİA-nın məlumatına görə, onun test nəticəsi pozitiv çıxıb. Özünü pis hiss edən Hacı Nuran xəstəxanaya yerləşdirilib.

Xəstəxənada olan aparıcı xəstəliyi barədə bu sözləri deyib: "Koronavirusdan nə qədər qorunmağa cəhd etsəm də əsrin bəlası mənə də bulaşdı. Əslində, mən bir bəla ilə vuruşmuşam və qalib də gəlmişəm. Amma bildiyiniz kimi mən risk qrupuna aidəm və mənə koronavirusa yoluxmaq qəti yolverilməz idi. Amma nə edəsən ki, işimə olan sevgim bəzən mənim həyata olan sevgimi üstələyir. Qalib xalqın yanında olmaq, şəhid və qazi ailələri ilə görüşmək, erməni terrorundan əziyyət çəkmiş insanlarla görüşmək üçün günlərlə, bəzən də sutkalarla gərgin işləmək, neçə-neçə insanlarla görüşmək lazım gəlirdi. Bilirdim ki, risk edirəm, həyatımı təhlükəyə atıram. Amma yenə də irəli gedirdim. Və bu da nəticəsi... Çoxları kimi mən də COVİD -19 a yoluxdum və indi də xəstəxanadayam. Dostlar, mənim üçün dua edin. Hazırda ancaq duaya ehtiyacım var. Çünki mənim necə bir risk qrupuna aid olduğumu siz gözəl bilirsiniz. Özünüzü qoruyun".

Bütün xəbərlər Facebook səhifəmizdə