Əməkdar rəssam Rafael Abbasov vəfat edib. SİA-nın məlumatına görə, o, ürək xəstəliyindən əziyyət çəkirdi.

Rəssam Maştağa qəsəbə qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, Rəfael Abbas oğlu Abbasov 1943-cü ildə Bakıda anadan olub. 1960 – 1965-ci ildə Ə. Əzimzadə adına Rəssamlıq Məktəbini, 1968 – 1974-cü illərdə M. Əliyev adına Azərbaycan Dövlət Universiteti bitirib. 1979-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü, 1967 – ci ildən Respublika və Beynəlxalq sərgilərin iştirakçısı olub.
2006-cı ildə Əməkdar rəssam fəxri adına layiq görülüb.

Əsərləri Almaniya, ABŞ, Meksika, Hollandiya, Avstriya, Rusiya, İngiltərə, Fransa, Türkiyə, Yaponiya, Koreya, Şri Lankada nümayiş etdirilib. Əsərləri Azərbaycan, Almaniya, ABŞ, Meksika, Koreya, Kanada, Koreya, Türkiyə, Özbəkistan, Latviya, Belarusiya, Rusiya qalereyasında və şəxsi kolleksiyalarda saxlanılır.

Allah rətmət eləsin!

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...