"Millət müğənni, aktrisanı nə etsin?"

Əməkdar artist Mehriban Xanlarova hazırki dövrdə verilişlərə şəhid analarının çağrılmasının vacibliyini ifadə edib. SİA-nın məlumatına görə, aktrisa bu sözləri qeyd edib: “Efirlərə dəvət edirlər, getmirəm. İndiki həssas zamanda müğənni, ya da aktrisa millətin nəyinə lazımdır? Efirlərə şəhid analarını dəvət edin. Hərbçiləri və qaziləri çağırın. Qoy xalqımız onları tanısın. Onlar bizim uğrumuzda qolundan, ayağından və gözlərindən olublar. Çıxarın efirlərə, millətimiz onları tanısın”.

Bütün xəbərlər Facebook səhifəmizdə