“Laçınım – doğma yurdum” VİDEO

Dekabrın 1-i Azərbaycanın ən şanlı tarixlərindən biridir. Azərbaycanın ayrılmaz hissəsi Laçının azadlığa qovuşduğu gündür. Bu münasibətlə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi “Laçınım – doğma yurdum” adlı videoçarx hazırlayıb.

SİA-nın məlumatına görə, videoçarxda Laçının azad olunduğu tarix, xəritə təsviri və rayon ilə bağlı informasiya yer alıb. Eyni zamanda rayonunun təbiəti, maddi-mədəni irsi və memarlıq abidələri haqqında ümumi məlumat verilib.

Videoçarxda Laçının memarlıq abidələrindən – “Dağdağan bulağı”, “Bir tağlı körpüsü”, “Məşədi Mehralı körpüsü”, “Məlik Əjdər türbəsi”, “1941-1945 Xatirə abidə”si, “Ağoğlan monastırı”, Güləbird kəndində yerləşən “Mağara qalası”, Sarı Aşığın məzarı, Qarıqışlaq kəndində yerləşən “Dəmirovlu Pir məbədi”, Varazuğun ərazisində məbəd, “Hoçaz qayası” ilə bağlı görüntülər də nümayiş olunur.

Videoçarx Məhəbbət Kazımovun “Laçınım” mahnısı ilə müşayiət edilir.

Zəfər sevinci ilə hazırlanan videoçarxı kitabxananın “YouTube” kanalına daxil olaraq izləmək mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə