“Xəzər” jurnalının yeni nömrəsi işıq üzü görüb

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin “Xəzər” dünya ədəbiyyatı jurnalının yeni nömrəsi çapdan çıxıb. Tərcümə Mərkəzindən SİA-ya bildirilib ki, oxuculara jurnalın “Nobel kürsüsü” rubrikasında Migel Asturiasın “Senyor Prezident” romanı, “Azərbaycan ədəbiyyatı” rubrikasında Eyvaz Əlləzoğlunun “Bığlı Kərəm” hekayəsi, “Poeziya” rubrikasında Yuxan Viydinqin şeirləri təqdim edilib.

Jurnaldakı “İlahi keçid”, “Hekayə”, “İrlandiya şeiri”, “Roman”, “Teatr”, “Kino”, “Səhnə” və “Dünya uşaq ədəbiyyatı kitabxanası” rubrikalarında oxucular Tövratın tərcüməsi, Lev Tolstoyun hekayələri, Şeymas Hininin şeirləri, Mixael Kumpfmüllerin “Həyatın möhtəşəmliyi” (davamı), Lola Koenin “Strasberq metodu”, Mixail Rommun “Özüm, dostlarım və filmlər haqqında”, Frans Teodor Çokorun “Axınla birgə” pyesi, “Dünya uşaq ədəbiyyatı kitabxanası” rubrikasında ingilis nağılları və digər əsərlərlə tanış ola biləcəklər.

“Xəzər”in oxucuları jurnalı Bakının metrostansiyalarının yaxınlığındakı “Kiosk Press” qəzet köşklərindən əldə edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...