“Xrizalis: transformasiya anı” sərgisi davam edir

“YARAT” Müasir İncəsənət Mərkəzinin “Artım” layihə məkanında “Xrizalis: transformasiya anı” adlı buraxılış̧ sərgisi davam edir. SİA-nın məlumatına görə, sərgidə rəssamlar Günel Axundlu, Ağababa Bağırov, Rəna Bəşirova, Əhməd Nəbiyev və Murad Əkbərlinin əsərləri nümayiş̧ olunur.

Gələn il yanvarın 31-dək açıq olacaq sərgi çərşənbə axşamı və cümə günü saat 12:00-dan – 18:00-dək hər kəs üçün açıqdır. Giriş sərbəstdir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...