Minsk şəhərində MDB Hökumət Başçıları Şurasının növbəti iclası keçiriləcək
Sabah Minsk şəhərində Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının növbəti toplantısı keçiriləcək. Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən məlumat verilib.
İclas zamanı Azərbaycan tərəfindən təklif olunan "MDB iştirakçı dövlətlərinin mədəniyyət sahəsində əməkdaşlıq üzrə Konsepsiya" və Konsepsiyanın həyata keçirilməsi məqsədilə hazırlanan "2015-ci ilə qədər MDB iştirakçı dövlətlərinin mədəniyyət sahəsində əsas tədbirləri" müzakirə ediləcək.
Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının növbəti toplantısına məruzəçi qismində Nazirliyin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin Beynəlxalq əlaqələr və protokol sektorunun müdiri, MDB üzv dövlətlərinin Mədəniyyət Siyasəti üzrə İşçi Qrupunun rəhbəri Rauf Paşayev iştirak edəcək.
Qeyd edək ki, "MDB iştirakçı dövlətlərinin mədəniyyət sahəsində əməkdaşlıq üzrə Konsepsiya" və "2015-ci ilə qədər MDB iştirakçı dövlətlərinin mədəniyyət sahəsində əsas tədbirləri" artıq ekspertlər səviyyəsində razılaşdırılıb və MDB-nin Xarici İşlər Nazirləri Şurası tərəfindən bəyənilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB