Kitabxanaya vətənpərvərlik mövzusunda videoçarxlar təqdim edilir

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) vətənpərvərlik mövzusunda videoçarxlar təqdim edir. Kitabxanadan SİA-ya bildirilib ki, Vətən müharibəsi zamanı əsgərlərə öz səsləri ilə dəstək olan kiçikyaşlı oxucular kitabxanaya mütəmadi olaraq yeni videogörüntülər göndərməyə davam edirlər.

Növbəti videogörüntülər yaşları kiçik də olsa ürəkləri vətən sevgisi ilə dolu olan oxuculara – Yusif Məhərrəmliyə və İlkin Məmmədova məxsusdur.

Təqdim edilən videoçarxda Yusif Məhərrəmli “Salam Əsgər” şeirini, İlkin Məmmədov isə “Qarabağ hər yeni tarix yazanda...” şeirini böyük fərəh hissi ilə səsləndiriblər.

Videoçarxların sonunda uşaqlar “Qarabağ Azərbaycandır” şüarını rus və ingilis dillərində də söyləyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...